Ukrayna ABŞ-dən Rusiyanın "Oreşnik" raketi ilə mümkün hücumu barədə məlumat alıb

2025/10/1761937959.jpg
Oxunub: 235     20:57     12 İyun 2026    
Ukrayna ABŞ-dən Rusiyanın "Oreşnik" raketi ilə mümkün hücumu barədə məlumat alıb.

Ordu.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna hakimiyyətindəki mənbə bildirib.

"Bəli, ilkin olaraq, belə bir məlumat var idi", - o deyib.

Xəbərdə həmçinin qeyd olunub ki, ABŞ administrasiyasından və ya bu ölkənin Kiyevdəki səfirliyindən rəsmi bəyanat, ya da xəbərdarlıq hələ ki yoxdur.

Daha əvvəl Ukrayna Silahlı Qüvvələri yaxın sutka ərzində belə bir zərbənin endirilməsi ehtimalı barədə xəbərdarlıq edib və vətəndaşları hava həyəcanı siqnallarına etinasız yanaşmamağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ   Oreşnik  


Bizi "telegram"da izləyin