Ermənistanda müxalif blokun qərargahına polis basqın edib, 3 nəfər saxlanılıb

2026/06/1780836308.jpg
Oxunub: 213     16:44     07 İyun 2026    
“Güclü Ermənistan” partiyalar bloku polis əməkdaşlarının Gümrüdə yerləşən qərargahlarına daxil olaraq üç nəfəri saxladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Blokun yaydığı məlumata görə, hadisə Gümrünün Noravan məhəlləsində, 18 saylı məktəbin qarşısında yerləşən qərargahda baş verib.

Açıqlamada bildirilir ki, polis əməkdaşları qərargaha qanunsuz şəkildə daxil olublar və üç nəfəri saxlayıblar.

Partiyadan qeyd olunub ki, bu cür güc tətbiqinin məqsədi onların qərargah fəaliyyətini pozmaqdır.

“Vəkillər Artuş Hakobyan və Hayk Harutyunyanın içəri daxil olmasına və saxlanılan şəxslərin hüquqlarını müdafiə etməsinə imkan verilmir”, - deyə blokun bəyanatında vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Basqın  


Bizi "telegram"da izləyin