Ermənistanda seçici fəallığı saat 14:00-a olan məlumata görə 33,84 faiz təşkil edib

2026/06/1780837105.jpg
Oxunub: 233     16:56     07 İyun 2026    
Ermənistanda parlament seçkilərində seçici fəallığı saat 14:00-a olan məlumata görə 33,84 faizə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Sliva Markosyan məlumat verib.

Onun sözlərinə görə, həmin vaxta qədər 847 min 226 seçici səsvermədə iştirak edib.

Qeyd olunub ki, 2021-ci ilin iyununda keçirilmiş növbədənkənar parlament seçkilərində saat 14:00-a olan seçici fəallığı 26,82 faiz təşkil etmişdi. Beləliklə, bu seçkilərdə göstərici əvvəlki seçkilərlə müqayisədə təxminən 7 faiz bəndi artıb.

Paytaxt İrəvanda seçicilərin 33,38 faizi və ya 283 min 601 nəfər səs verib.

Ermənistanın ikinci böyük şəhəri Gümrüdə iştirak səviyyəsi 28,85 faiz və ya 31 min 253 nəfər, Vanadzorda isə 33,6 faiz və ya 31 min 510 nəfər olub.

Digər bölgələr üzrə göstəricilər belədir:

Araqatsotn vilayəti - 39 min 691 seçici (34,99 faiz)
Ağrı vilayəti - 72 min 243 seçici (32,81 faiz)
Armavir vilayəti - 68 min 785 seçici (30,39 faiz)
Göyçə vilayəti - 57 min 422 seçici (32,29 faiz)
Lori vilayəti - 74 min 575 seçici (34,96 faiz)
Kotayk vilayəti - 86 min 481 seçici (35,95 faiz)
Şirak vilayəti - 65 min 608 seçici (31,57 faiz)
Zəngəzur vilayəti - 41 min 738 seçici (39,02 faiz)
Dərələyəz vilayəti - 16 min 878 seçici (37,81 faiz)
Tavus vilayəti - 40 min 204 seçici (38,87 faiz).

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin