Erməni ictimai fəal Gümrüdə saxlanılıb və İrəvana aparılıb

2026/06/1780837141.jpg
Oxunub: 209     16:58     07 İyun 2026    
Erməni ictimai fəal Karapet Poğosyanın saxlanıldığı bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi və vəkil Ruben Melikyan məlumat yayıb.

Onun sözlərinə görə, Karapet Poğosyan bir neçə saat əvvəl Ermənistan Antikorrupsiya Komitəsinin əməkdaşları tərəfindən Gümrüdə saxlanılıb.

Melikyan bildirib ki, saxlanılan şəxsin yaxınlarına və vəkilinə onun harada saxlanıldığı barədə məlumat verilməsi hüququ ilkin mərhələdə təmin olunmayıb.

Daha sonra erməni vəkil əlavə açıqlama yayaraq bildirib ki, artıq bu hüquq təmin edilib və müdafiəçi prosesə qoşulmaq üçün yola düşüb.

“Onu İrəvana gətiriblər”, - deyə Melikyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Poğosyan   Melikyan   Ermənistan  


Bizi "telegram"da izləyin