Ordu.az xəbər verir ki, bu barədə Litva mediası məlumat yayıb.
Təşəbbüsün lehinə 78 deputat səs verib, 7 nəfər əleyhinə çıxıb, 3 nəfər isə bitərəf qalıb.
Təklif ötən ilin sonunda təsdiq edilmiş mandatın genişləndirilməsini nəzərdə tutur, bu da Litvaya strateji əhəmiyyətli regionda beynəlxalq əməliyyatlarda daha fəal iştirak etməyə imkan verəcək. Bundan əvvəl təşəbbüs ölkənin Müdafiə Şurası tərəfindən bəyənilib.
Litvanın müdafiə naziri Robertas Kaunas bildirib ki, Litva hərbçiləri həm Böyük Britaniya, Fransanın rəhbərliyi altında Hörmüz boğazında gəmiçilik azadlığını təmin etmək üzrə çoxmillətli missiyaya, həm də ABŞ-nin rəhbərliyi altında dəniz təhlükəsizliyinin və regional qarşılıqlı fəaliyyətin gücləndirilməsinə yönəlmiş ayrıca əməliyyata qoşula biləcəklər.
Onun sözlərinə görə, Litva kontingenti minalardan təmizləmə, kəşfiyyat və obyektlərin mühafizəsi daxil olmaqla, yalnız müdafiə xarakterli tapşırıqları yerinə yetirəcək. Hücum əməliyyatlarında iştirak nəzərdə tutulmur.
Nazir həmçinin qeyd edib ki, Litva mütəxəssisləri təkcə Hörmüz boğazına deyil, həm də Fars və Oman körfəzlərinə göndərilə bilərlər.
Ordu.az