Kallas: "Aİ Livanın Silahlı Qüvvələri üçün 100 milyon avro ayırır"

2025/12/1764677977.jpg
Oxunub: 191     18:27     04 İyun 2026    
İsrail və Livan arasındakı mövcud atəşkəs razılaşması genişmiqyaslı hərbi əməliyyatlara qayıdışın qarşısını almaq üçün fürsət yaradır.

Ordu.az xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkə hesabında yazıb.

"Lakin UNIFIL-in (BMT-nin Livandakı Müvəqqəti Qüvvələri - red.) sülhməramlısının həlak olması və davam edən toqquşmalar əldə olunmuş razılaşmaların zəifliyini göstərir.

"Hizbullah"ın yaratdığı təhlükəni azaltmağın ən yaxşı yolu Livan dövlətini gücləndirmək, onun təsisatlarının səlahiyyətlərini genişləndirmək və güc tətbiq etmək üzrə müstəsna hüququnu bərpa etməkdir. Bu səyləri dəstəkləmək üçün Avropa İttifaqı (Aİ) bu gün Livan Silahlı Qüvvələrinə əlavə 100 milyon avro ayrılması barədə qərar qəbul edib", - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas    


Bizi "telegram"da izləyin