AŞPA nümayəndə heyəti sabah Ermənistana səfər edəcək

2026/06/1780582331.jpg
Oxunub: 220     18:01     04 İyun 2026    
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 22 üzvdən ibarət nümayəndə heyəti iyunun 5-dən 8-dək Ermənistanda səfərdə olacaq.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Şurasının yaydığı məlumatda bildirilib.

İsveçrədən olan ALDE qrupunun üzvü Damien Kotyenin rəhbərlik etdiyi nümayəndə heyəti ATƏT Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri ilə birlikdə parlament seçkilərini izləyəcək.

İyunun 7-də keçiriləcək səsvermədən əvvəl nümayəndə heyətinin parlamentdə təmsil olunan və olunmayan siyasi partiyaların rəhbərləri, Mərkəzi Seçki Komissiyası, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi, vətəndaş cəmiyyəti və media nümayəndələri, eləcə də ATƏT-in seçki müşahidə missiyasının üzvləri ilə görüşəcəyi planlaşdırılır.

Qeyd edək ki, AŞPA nümayəndə heyəti mayın 11-12-də Ermənistana seçkiqabağı səfər etmiş və bununla bağlı bəyanat yaymışdı.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AŞPA   Ermənistan  


Bizi "telegram"da izləyin