Ordu.az xəbər verir ki, bunu Albaniya Prezidenti Bayram Beqay bəyan edib.
O qeyd edib ki, bu gün Tiranada Litva Prezidenti Qitanas Nauseda ilə birlikdə ikitərəfli münasibətlərin gücləndirilməsinə və onların hər iki ölkənin vətəndaşları üçün konkret, real əməkdaşlığa çevrilməsinə sadiqliklərini bildiriblər.
"Prezident Nauseda mənə Litvanın Albaniyanın Avropa İttifaqına üzvlük prosesinə tam dəstəyini təsdiqlədi. Biz həmçinin bir daha təsdiqlədik ki, Albaniya və Litva NATO üzvləri olaraq Avroatlantik təhlükəsizliklə bağlı eyni baxışı bölüşür və sülhə, təhlükəsizliyə, sabitliyə töhfə verməyə davam edəcəklər", - Albaniya Prezidenti əlavə edib.
Ordu.az