Qaluzin: "Rusiya Azərbaycanla münasibətlərin inkişafına hədəflənib"

2023/12/1702444150.jpg
Oxunub: 207     17:00     04 İyun 2026    
Rusiya prinsipial olaraq Azərbaycanla münasibətlərin hərtərəfli inkişafına hədəflənib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bildirib.

"Bunu Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına cavab verəcəyindən çıxış edərək demək istərdim. Rusiya tərəfinin Azərbaycan Respublikası ilə bütün əlaqələr kompleksinin ardıcıl inkişafına dair prinsipial mövqeyi dəyişməzdir. Odur ki, biz əlaqələrimizin inkişafında əldə edilmiş tempi azaltmaq niyyətində deyilik", - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qaluzin   Rusiya   Azərbaycan  


Bizi "telegram"da izləyin