Ordu.az xəbər verir ki, bunu iyunun 4-də jurnalistlərlə söhbətində Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.
“Rusiyadan gələn hərbi mükəlləfiyyətli şəxslərin vətən qarşısında öhdəlikləri yoxdurmu? Təbii ki, bunu istisna edə bilmərəm”, - deyə o qeyd edib.
Papikyan aydınlaşdırıb ki, bu yanaşma yalnız Rusiyadan gələnlərə deyil, Fransadan, ABŞ-dən və digər ölkələrdən gələn Ermənistan vətəndaşlarına da aiddir.
“Mən demirəm ki, hamını toplanışlara göndərirlər”, - deyə Ermənistan müdafiə naziri əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az