ABŞ ordusu ilk yüngül “Javelin” buraxılış qurğularınını təhvil aldı

2026/05/1779951962.jpg
Oxunub: 327     10:56     28 May 2026    
“Raytheon” və “Lockheed Martin” birgə müəssisəsi olan “Javelin Joint Venture” (JJV) ABŞ ordusuna ilk “Lightweight Command Launch Unit” (LWCLU) təhvilini həyata keçirib.

Ordu.az xəbər verir ki, yeni nəsil buraxılış qurğusu sistemi “Javelin” tank əleyhinə raket ailəsi üçün hazırlanmış mövcud komanda buraxılış qurğularınını əvəz edəcək.

Şirkətlərin yaydığı məlumata görə, LWCLU keçmişdə istifadə olunan, hazırda inventarda olan və gələcəkdə hazırlanacaq bütün “Javelin” variantları ilə uyğun şəkildə layihələndirilib. Sistemin “Javelin” istifadəçiləri üçün daha yüngül, daha kompakt və daha qabaqcıl istifadə infrastrukturu təqdim etməsi hədəflənir.

İstehsal gücü artırılır

“Raytheon” Arizona ştatının Tusan şəhərində yerləşən LWCLU istehsal müəssisəsinin modernləşdirilməsi və istehsal gücünün artırılması üçün 22 milyon dollar sərmayə qoyduğunu açıqlayıb. Şirkət ABŞ ordusu ilə koordinasiyalı şəkildə illik istehsal sürətinin artırıldığını bildirib. Qeyd olunub ki, təhvil verilən sistemlər yeni nəsil buraxılış qurğularının sahəyə inteqrasiya prosesinin başlanğıcını təşkil edir.

“Javelin Joint Venture”nin sədri və “Raytheon”un “Javelin” proqram direktoru Jenna Hunt Frazier bildirib ki, ABŞ ordusuna ilk LWCLU təhvilinin verilməsi JJV-nin hərbçilər üçün texnologiyanı davamlı şəkildə təkmilləşdirmək öhdəliyini göstərir.

Onun sözlərinə görə, modernizasiya və istehsal gücünə yatırılan sərmayələr sayəsində əsgərlər bu qabaqcıl imkanlara daha tez çıxış əldə edəcəklər.

Daha yüngül və daha uzaqmənzilli

JJV tərəfindən paylaşılan texniki məlumata əsasən, LWCLU:

hədəf aşkarlama və müəyyən etmə məsafəsini iki dəfə artırır,
buraxılış qurğusunun ölçüsünü 30 faiz azaldır,
ümumi çəkini isə 25 faiz aşağı salır.


Sistem həmçinin təkmilləşdirilmiş gündüz-gecə görmə qabiliyyəti və artırılmış müşahidə imkanları təqdim edir. Yeni buraxılış qurğusunun xüsusilə yüksək hərəkət qabiliyyətinə malik bölmələr üçün əməliyyat üstünlüyü yaratması nəzərdə tutulur.

“Javelin” sistemi modernləşdirilir

“Lockheed Martin”in “Javelin” proqram direktoru və JJV sədr müavini Rich Liccion bildirib ki, LWCLU-nun istehsalı və təhvili “Javelin” sisteminin müasir döyüş meydanı üçün modernləşdirilməsində mühüm mərhələdir.

Onun sözlərinə görə, yeni dizayn hərəkət qabiliyyətini və yaşama şansını artırır, eyni zamanda istifadəçilərin ehtiyac duyduğu dəqiq zərbə gücünü saxlayır. “Javelin” sistemi “Raytheon”un Tusan müəssisələri ilə “Lockheed Martin”in Florida ştatındakı Orlando müəssisələrində birgə hazırlanır və istehsal olunur.

İlk təhvil ilə ABŞ ordusunun daha yüngül və təkmil buraxılış qurğusu sistemlərini mərhələli şəkildə inventara daxil etməyə başladığı bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ordu   Javelin  


Bizi "telegram"da izləyin