Ordu.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Son gün ərzində neft tankerləri, konteyner daşıyıcıları və digər ticarət gəmiləri daxil olmaqla, 23 gəmi icazə aldıqdan sonra SEPAH HDQ-nin koordinasiyası və təhlükəsizlik təminatı ilə Hörmüz boğazından keçib", - məlumatda bildirilib.
Qeyd olunub ki, Fars körfəzi region ölkələrinin müsəlmanlarına məxsus su məkanıdır və qeyri-sabitliyə səbəb ABŞ ordusunun hücumlarıdır: "Hörmüz boğazına nəzarət qətiyyətlə həyata keçirilir".
Qeyd edək ki, SEPAH mayın 26-da Hörmüz boğazından 25 gəminin keçdiyini açıqlayıb.
Ordu.az