Ordu.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Tramp bildirib ki, hər hansı tərəf bu mühüm beynəlxalq su yolunda birtərəfli üstünlük əldə etməyə çalışarsa, Vaşinqton tərəddüd etmədən hərbi gücdən istifadə edəcək.
“Bunlar beynəlxalq sulardır. Heç kim onlara nəzarət etməyəcək. Biz onları izləyəcəyik. Nəzarəti təmin edəcəyik. Amma heç kimin nəzarətinə icazə verməyəcəyik”, - deyə Tramp Nazirlər Kabinetinin aylıq iclasında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, boğaza nəzarət məsələsi hazırda davam edən pərdəarxası danışıqların bir hissəsidir.
Tramp İranın bu bölgədə gəmiçiliyin idarə olunmasında rəsmi rol almağa çalışdığını da vurğulayıb.
“Bu, hazırkı danışıqlarımızın bir hissəsidir. Onlar, İran boğaza nəzarət etmək istəyirlər. Amma heç kim beynəlxalq sulara nəzarət etməyəcək”, - deyə ABŞ Prezidenti qeyd edib.
Tramp ayrıca Omanı da xatırladıb.
Daha əvvəl İran dövlət televiziyası Maskatın Tehranla mümkün çərçivə sazişi çərçivəsində strateji boğazda gəmi hərəkətinin birgə tənzimlənməsinə kömək edə biləcəyini bildirmişdi.
Jurnalistlərin İran və Oman arasında Hörmüz boğazına birgə nəzarəti nəzərdə tutan razılaşmanı qəbul edib-etməyəcəyi ilə bağlı sualına Tramp sərt cavab verib.
“Oman da digərləri kimi davranacaq. Əks halda onları partlatmalı olacağıq. Onlar bunu çox yaxşı başa düşürlər. Ona görə də hər şey qaydasında olacaq”, - deyə Tramp bildirib.
Sevinc Əliyeva
Ordu.az