SEPAH: ABŞ ilə müharibənin yenidən başlaması ehtimalı çox aşağıdır

2026/05/1779896666.jpg
Oxunub: 440     19:43     27 May 2026    
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ABŞ ilə genişmiqyaslı müharibənin yenidən başlanmasının az ehtimal olunduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Bununla yanaşı, qurum İranın istənilən hücuma sərt cavab verməyə tam hazır olduğunu bəyan edib.

SEPAH Hərbi Dəniz Qüvvələrinin siyasi idarəsi rəisinin müavini Məhəmməd Əkbərzadə bildirib ki, “rəqibin zəifliyi” səbəbindən hərbi əməliyyatların yenidən başlaması ehtimalı yüksək deyil, lakin İran qüvvələri maksimum döyüş hazırlığı vəziyyətindədir.

“Müharibə ehtimalı düşmənin zəifliyi səbəbindən azdır. Lakin silahlı qüvvələrimiz dolu daraqlarla pusquda dayanıb”, - deyə Əkbərzadənin sözlərini “Tasnim” agentliyi sitat gətirib.

“Şübhəniz olmasın, biz Çabahardan Mahşəhrə qədər bütün sahil zolağını təcavüzkarların qəbiristanlığına çevirəcəyik”, - deyə o bildirib.

Əkbərzadə bununla İranın cənub sahillərinin əks istiqamətlərində yerləşən liman şəhərlərini nəzərdə tutub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   ABŞ  


Bizi "telegram"da izləyin