Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, bu addım alyansın İranda müharibədən sonra beynəlxalq missiya ilə bağlı razılıq əldə edəcəyi təqdirdə gəminin strateji Hörmüz boğazına operativ şəkildə göndərilməsinə imkan verəcək.
Bu barədə Niderlandın müdafiə naziri Dilan Yeşilgöz və xarici işlər naziri Tom Berendsen parlamentə ünvanladıqları rəsmi məktubda bildiriblər.
Hərbi gəmi artıq bu həftə yola düşəcək və iyunun ortalarından etibarən NATO-nun Daimi Mina Əleyhinə Qrupunun tərkibinə daxil olacaq.
Sənəddə vurğulanıb ki, bu qərar Amsterdamın Fars körfəzi bölgəsində əsas gəmiçilik marşrutlarının təhlükəsizliyinin təmin olunmasına mümkün iştirakı üçün genişmiqyaslı hazırlıqlarının bir hissəsidir.
NATO-nun Baş katibi Mark Rütte daha əvvəl təsdiqləmişdi ki, alyansın bir sıra ölkələri artıq Körfəzə yaxın ərazilərdə logistik dəstək qüvvələrinin, mina axtaran və minatəmizləmə gəmilərinin ilkin yerləşdirilməsi ilə məşğuldur.
Bildirilir ki, bu hərəkətlərin məqsədi dünya üzrə neft və mayeləşdirilmiş qaz daşımalarının əsas arteriyalarından biri hesab olunan Hörmüz boğazında missiyanın yerləşdirilməsi zamanı tam döyüş hazırlığında olmaqdır.
Sevinc Əliyeva
Ordu.az