Ordu.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, cavab olaraq İran bir ay ərzində Hörmüz boğazından keçən ticarət gəmilərinin tranzit həcmini müharibədən əvvəlki səviyyəyə qaytarmağı öhdəsinə götürəcək.
İran Dövlət Televiziya və Radio Yayımı Korporasiyası (IRIB) bildirib ki, strateji boğaz üzrə dəniz hərəkətinin idarə olunması və marşrutlaşdırılması İran və Oman tərəfindən birgə həyata keçiriləcək.
Eyni zamanda qeyd olunub ki, bu razılaşmalar hərbi gəmilərə şamil edilməyəcək.
Telekanal vurğulayıb ki, saziş layihəsi hələ yekun təsdiqini almayıb və Tehran ABŞ tərəfindən “real verifikasiya” olmadan heç bir praktiki addım atmayacaq.
Hazırda diplomatik proses mətn formulalarının razılaşdırılması mərhələsindədir və tərəflər layihə mətninə qarşılıqlı düzəlişlər göndərirlər.
Bildirilir ki, yekun sənəd yaxın 60 gün ərzində imzalanarsa, memorandumun BMT Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnaməsi formasında təsdiqlənməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az