İsrail Livanda "Hizbullah"ın 150-dən çox məntəqəsinə zərbələr endirib

2026/04/1775073068.jpg
Oxunub: 273     15:22     27 May 2026    
İsrail Müdafiə Ordusu son sutkada Livan ərazisində "Hizbullah" hərəkatının 150-dən çox infrastruktur obyektlərinə və yaraqlılarına zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti "X" sosial şəbəkəsində bildirib.

Məlumata görə, zərbələr Tir və Nəbətiyyə şəhərlərindəki, eləcə də Bekaa vadisindəki hədəflərə endirilib.

İsrail ordusu hücumların videogörüntülərini də yayımlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail  


Bizi "telegram"da izləyin