Britaniya və Polşa təhlükəsizlik və müdafiə sahəsində saziş imzalayacaq

2026/05/1779882654.jpg
Oxunub: 297     15:52     27 May 2026    
Böyük Britaniya və Polşa müdafiə və təhlükəsizlik sahəsində yeni saziş imzalayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında mayın 27-də yayımlanan bəyanatda bildirilib.

“Böyük Britaniya Britaniya sərhədlərinin müdafiəsi, mütəşəkkil cinayətkarlıqla mübarizə, kollektiv müdafiənin gücləndirilməsi və Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə Polşa ilə yeni müdafiə və təhlükəsizlik müqaviləsi imzalamağa hazırlaşır”, - deyə bəyanatda qeyd olunub.

Məlumata görə, tərəflər sazişi Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Tuskun görüşünün nəticələrinə əsasən imzalayacaqlar.

Bundan əlavə, sənəd Böyük Britaniyanın Fransa və Almaniya ilə imzaladığı oxşar sazişlərin davamı hesab olunur. Tərəflər Avropada artan təhdidləri, o cümlədən kibertəhdidləri, casusluq və diversiya fəaliyyətlərini müzakirə edəcəklər.

Həmçinin bildirilib ki, müdafiə sektoru silah sistemlərinin hazırlanması sahəsində, o cümlədən hava hücumundan müdafiə sistemləri üçün sursat və orta mənzilli raketlərin istehsalı istiqamətində əməkdaşlıq etməyi planlaşdırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Polşa  


Bizi "telegram"da izləyin