İranlı rəsmi: “Tehran və Vaşinqton arasında saziş layihəsinə 60 günlük atəşkəs və blokadanın aradan qaldırılması daxildir”

2026/05/1779881978.jpg
Oxunub: 344     15:40     27 May 2026    
“İran və ABŞ arasında mümkün saziş layihəsinə 60 günlük atəşkəs və dəniz blokadasının aradan qaldırılması ilə bağlı müddəalar daxil edilib”.

Ordu.az xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Əlaəddin Borucerdi deyib.

“Razılaşma layihəsinə əsasən Vaşinqton 60 günlük genişmiqyaslı atəşkəsin təmin edilməsini, bunun Livanı da əhatə etməsini, həmçinin İranın dondurulmuş aktivlərinin əhəmiyyətli hissəsinin azad edilməsini və dəniz blokadasının aradan qaldırılmasını öhdəsinə götürür”, - deyə onun sözlərini “Al Mayadeen” telekanalı “X” sosial şəbəkəsində yayıb.

Borucerdi əlavə edib ki, İranın diplomatik korpusunun nümayəndələri ABŞ Prezidenti Donald Trumpın emosional paylaşımlarına əsaslanaraq qərar qəbul etməyi planlaşdırmırlar.

O vurğulayıb ki, imzalanacaq istənilən saziş İranın “qırmızı xətləri”nə hörmət edəcək, həmçinin ölkənin milli maraqlarını və xalqın hüquqlarını qoruyacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin