“İran və Oman Hörmüz boğazından keçid rejimi ilə bağlı danışıqlar aparır” - Baqeri

2026/05/1779881944.jpg
Oxunub: 380     15:37     27 May 2026    
İran və Oman Hörmüz boğazından keçid üçün yeni mexanizmin hazırlanması ilə bağlı danışıqlar aparır.

Ordu.az xəbər verir ki, bunu Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Forumunda İran Milli Təhlükəsizlik Ali Şurası katibinin müavini Əli Baqeri deyib.

“İran və Oman qonşu dövlətlər kimi Hörmüz boğazından keçidlə bağlı yeni mexanizmin müəyyənləşdirilməsi üçün birgə danışıqlar aparır”, - deyə Baqeri bildirib.

Baqeri həmçinin vurğulayıb ki, İran zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı ABŞ ilə heç bir danışıqlar aparmır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baqeri   İran  


Bizi "telegram"da izləyin