“Politico”: Avropa İttifaqı kəşfiyyat mərkəzinin rolunu genişləndirmək istəyir

2026/05/1779873243.jpg
Oxunub: 379     15:53     27 May 2026    
Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti yeni təhlükəsizlik strategiyası çərçivəsində Avropa Kəşfiyyat Mərkəzinin (INTCEN) rolunu genişləndirməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri rəsmi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, məqsəd Brüsselin məxfi məlumatların emalı üzrə əsas platforma kimi mövqeyini gücləndirməkdir.

Nəşr yazır ki, Avropa Xarici Fəaliyyət Xidməti təhlükəsizlik strategiyasının yenilənməsi çərçivəsində INTCEN üçün ayrıca kadr bölməsi və müstəqil İT infrastrukturu yaradılmasını təklif etməyi planlaşdırır.

Qeyd olunub ki, mərkəz özü müstəqil şəkildə kəşfiyyat məlumatları toplamır.

INTCEN yalnız Avropa İttifaqına üzv dövlətlərin könüllü əsasda təqdim etdiyi məlumatları təhlil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   INTCEN  


Bizi "telegram"da izləyin