“Çin ABŞ ilə İran arasındakı münaqişənin nizamlanması üçün səylər göstərir” - Van İ

2026/05/1779873197.jpg
Oxunub: 354     13:10     27 May 2026    
Çin hakimiyyəti İran ilə ABŞ arasındakı münaqişənin həlli istiqamətində səylərini davam etdirir.

Ordu.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ Nyu-Yorkda jurnalistlərlə görüşü zamanı açıqlama verib.

Çinli diplomat bildirib ki, Pekin hazırkı münaqişənin yumşaldılması üçün daim fəaliyyət göstərir.

Van İ vurğulayıb ki, mövcud vəziyyətdə ABŞ ilə İran arasında aparılan danışıqlar həlledici əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, uzun illərdir davam edən fikir ayrılıqlarını bir gün ərzində həll etmək mümkün deyil, lakin danışıqlarda atılan hər addım sülhə nail olmaq ümidini artırır.

Çin XİN rəhbəri qeyd edib ki, münaqişə nə qədər tez başa çatsa, mülki əhali arasında itkilər də bir o qədər az olacaq.

Van İ ümid etdiyini bildirib ki, Tehran və Vaşinqton atəşkəsə və hərbi əməliyyatların dayandırılmasına çalışacaq, qarşılıqlı addımlar atacaq və Yaxın Şərqə mümkün qədər tez sülh qaytaracaq.

Nazir əlavə edib ki, Çin münaqişə ilə əlaqəli əsas tərəflər, eləcə də regional və beynəlxalq tərəfdaşlarla əlaqələri davam etdirir.

O vurğulayıb ki, bölgə dövlətlərinin suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə hörmət edilməli, mülki şəxslər və qeyri-hərbi obyektlər qorunmalı, dəniz yolları və enerji infrastrukturlarının təhlükəsizliyi təmin olunmalıdır.

Van İ həmçinin nüvə silahının yayılmaması sisteminin prinsiplərinə riayət edilməsinin vacibliyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   İran  


Bizi "telegram"da izləyin