FT: “Sülh Şurası” fondu donor vəsaitlərini ala bilməyib

2026/05/1779869395.jpg
Oxunub: 452     12:09     27 May 2026    
Qəzza ilə bağlı yaradılmış “Sülh Şurası” fondu donorlar tərəfindən vəd edilən 7 milyard dolları hələ də ala bilməyib.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri anonim mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, dörd ay əvvəl yaradılan fondun hesabına indiyədək bir dollar belə köçürülməyib.

“Financial Times” qeyd edib ki, “Sülh Şurası” fondu faktiki olaraq boş vəziyyətdədir.

Məlumata görə, təşkilatın fəaliyyəti son aylarda yaranmış hüquqi və siyasi qeyri-müəyyənlik səbəbindən ləngiyib.

Bu vəziyyət Qəzza zolağında dağıdılmış ərazilərin bərpasına yönəlmiş əsas proqramların dayandırılmasına gətirib çıxarıb.

“Gazeta.ru” nəşri də qeyd edib ki, maliyyə çatışmazlığı səbəbindən bölgənin yenidən qurulması üzrə nəzərdə tutulan müddətlər pozulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sülh-Şurası   Qəzza  


Bizi "telegram"da izləyin