Ordu.az xəbər verir ki, bu barədə NBC telekanalı amerikalı rəsmilərə və milli təhlükəsizlik üzrə ekspertlərə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ Müdafiə Nazirliyi İrandakı əlavə hədəfləri müəyyənləşdirib və mümkün əməliyyat ssenariləri üzərində işləyib.
Lakin mənbələr bildiriblər ki, həmin hədəflərin aşkarlanması və vurulması əvvəlkilərlə müqayisədə daha mürəkkəb ola bilər.
NBC qeyd edib ki, bu obyektlərin tapılması xeyli çətin olduğundan onlara qarşı əməliyyatların həyata keçirilməsi də daha böyük problem yarada bilər.
Sevinc Əliyeva
Ordu.az