İrəvanda “Kia” və “Mercedes” toqquşub, yaralılar arasında hərbçilər də var

2026/05/1779866022.jpg
Oxunub: 410     11:12     27 May 2026    
İrəvanın Azadlıq prospektində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir neçə nəfər xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə “Shamshyan.com” saytı məlumat yayıb.

Məlumata görə, hadisə bu gün səhər saat 09:00 radələrində Azadlıq prospekti ilə Babayan küçəsinin kəsişməsində qeydə alınıb.

“Qəza zamanı “Kia” və “Mercedes” markalı avtomobillər toqquşub”, - deyə məlumatda bildirilib.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Bildirilir ki, müstəntiqin göstərişi ilə avtomobillər Patrul Xidmətinin İrəvan şəhər alayının xüsusi mühafizə olunan dayanacağına aparılıb.

Hadisə yerində toplaşan bəzi erməni sakinlər yaralılardan üçünün hərbçi olduğunu bildiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Qəza  


Bizi "telegram"da izləyin