Tuapsedə PUA hücumundan sonra dəniz terminalı yanıb

2026/04/1777370315.jpg
Oxunub: 370     10:30     27 May 2026    
Tuapsedə (Rusiya) dəniz terminalında Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.

Ordu.az xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı "Telegram"da məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində yaralanan olmayıb. PUA-ların fraqmentlərinin düşməsi nəticəsində baş verən yanğın operativ şəkildə söndürülüb.

Yanğının söndürülməsinə 80-dən çox insan və Rusiyanın Fövqəladə Hallar Nazirliyi də daxil olmaqla 25 texnika cəlb edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tuapse   PUA  


Bizi "telegram"da izləyin