Ordu.az xəbər verir ki, bu barədə məhkəmə sənədlərində qeyd olunub.
Bayden məhkəmədən həmin materialların Konqresin Nümayəndələr Palatasının Hüquq Komitəsinə təqdim edilməsinin qadağan olunmasını istəyib.
Söhbət 2016-2017-ci illərdə, oğlu Bo Baydenin xərçəngdən ölümündən sonra aparılan söhbətlərin audioyazılarından gedir.
Keçmiş prezident bildirib ki, həmin müzakirələr kitab üzərində iş prosesinin bir hissəsi olub və şəxsi xarakter daşıyıb.
Qeyd olunur ki, ABŞ Ədliyyə Nazirliyi bu materialları 2023-cü ildə Baydenin məxfi sənədlərlə davranışı ilə bağlı araşdırma çərçivəsində əldə edib.
Bayden hesab edir ki, bu materialların açıqlanması şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir.
Sevinc Əliyeva
Ordu.az