Ordu.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, mayın 26-na olan məlumata əsasən ABŞ qüvvələri 108 ticarət gəmisinin istiqamətini dəyişdirib.
Məlumata görə, bu addım mövcud tələblərin yerinə yetirilməsini təmin etmək məqsədilə atılıb.
CENTCOM mayın 23-də yaydığı açıqlamada isə blokada başlayandan İran limanlarına gedən və ya oradan çıxan 100 ticarət gəmisinin yönləndirildiyini bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az