MKİ milyonlarla insanın DNT məlumatlarına gizli çıxış əldə etməkdə ittiham olunub

2026/05/1779859639.jpg
Oxunub: 388     09:22     27 May 2026    
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi milyonlarla insanın genetik məlumatlarına gizli çıxış əldə etməkdə və bunu “yadplanetli hibridlər” axtarmaq məqsədilə həyata keçirməkdə ittiham olunub.

Ordu.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

İddia fantast yazıçı və fəlsəfə doktoru Ceyson Reza Corcani tərəfindən səsləndirilib.

O bildirib ki, ABŞ ordusunun keçmiş serjantı Lin Byukenen ona MKİ-nin gizli proqramı barədə məlumat verib. İddiaya görə, proqram vasitəsilə “23andMe” və “Ancestry.com” şirkətlərinin məlumat bazalarına “qara giriş” əldə olunub.

Corcaninin sözlərinə görə, ABŞ xüsusi xidmət orqanları guya “nordiklər” adlandırılan yadplanetli irq ilə əlaqəli DNT nümunələrini axtarır.

Bu varlıqlar ufoloqlar tərəfindən uzunboylu, sarışın, mavi gözlü və skandinav görünüşlü humanoidlər kimi təsvir olunur. Məqalədə qeyd olunub ki, Pentaqon uzun illərdir rəsmi şəkildə yadplanetli həyatın mövcudluğuna dair sübut olmadığını bildirir.

Eyni zamanda, keçmiş hərbçi Lin Byukenen daha əvvəl “remote viewing” adlı “psixi casusluq” proqramında iştirak etdiyini açıqlayıb. O iddia edib ki, hökumət insan mənşəyinin standart modellərinə uyğun gəlməyən DNT nümunələrini araşdırır.

Corcani əlavə edib ki, Byukenen ona “nordiklər” ilə bağlı qəribə hadisələrdən də danışıb və bu varlıqların Kolorado ştatındakı dağ şəhərlərində adi insanlar arasında yaşadığını bildirib.

Məqalədə vurğulanıb ki, “yadplanetli DNT” proqramının mövcudluğunu təsdiqləyən heç bir rəsmi sübut təqdim edilməyib. Hazırda “Ancestry.com” platformasının 30 milyondan çox istifadəçisi olduğu, “23andMe” xidmətindən isə 15 milyondan çox insanın yararlandığı qeyd olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKİ   ABŞ   DNT  


Bizi "telegram"da izləyin