“ABŞ və İran arasında mümkün razılaşma BMT TŞ-də müzakirə olunmalıdır” - Van İ

2026/05/1779859600.jpg
Oxunub: 365     09:19     27 May 2026    
ABŞ və İran arasında əldə oluna biləcək razılaşma legitimlik qazanması üçün BMT Təhlükəsizlik Şurasında müzakirə edilməlidir.

Ordu.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ BMT-nin mənzil-qərargahında jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, razılaşma əldə edildikdən sonra onun BMT Təhlükəsizlik Şurasına təqdim olunaraq təsdiqlənməsi vacibdir.

“Biz hesab edirik ki, saziş əldə olunan kimi o, legitimlik və nüfuz qazanması üçün BMT Təhlükəsizlik Şurasına təqdim edilməlidir”, - deyə Van İ qeyd edib.

Çinli diplomatın sözlərinə görə, vəziyyətin nizamlanmasında əsas faktor ABŞ və İran arasında danışıqlar olaraq qalır.

O əlavə edib ki, Çin Pakistan və digər ölkələrin vasitəçilik səylərini dəstəkləyir və tərəflərin atəşkəs kursuna sadiq qalacağına ümid edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Çin  


Bizi "telegram"da izləyin