Kuba XİN rəhbəri: “ABŞ-nin enerji blokadası müharibə aktına bərabərdir”

2026/05/1779042188.jpg
Oxunub: 367     09:17     27 May 2026    
ABŞ-nin Kuba əleyhinə tətbiq etdiyi enerji blokadası faktiki olaraq müharibə aktına bərabərdir.

Ordu.az xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya BMT Təhlükəsizlik Şurasında keçirilən yüksək səviyyəli debat zamanı çıxışında bildirib.

Nazir qeyd edib ki, Vaşinqtonun addımları beynəlxalq sülh və təhlükəsizliyi sarsıdır, eyni zamanda beynəlxalq hüququ pozur.

O vurğulayıb ki, Fələstin xalqına qarşı soyqırımı, İran İslam Respublikasına qarşı imperialist aqressiya və Yaxın Şərqdəki müharibə beynəlxalq nizam üçün ciddi təhlükə yaradır.

“Kubaya qarşı tətbiq edilən neft və enerji blokadası nəticələrinə görə dəniz blokadasına bərabərdir. Bu, müharibə və soyqırımı aktıdır”, - deyə Parrilya bildirib.

Nazir həmçinin mümkün hərbi eskalasiyanın ağır nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, belə bir ssenari baş verərsə, minlərlə kubalı öz ölkəsini müdafiə edərkən həyatını itirə bilər.

Sonda Kuba XİN rəhbəri beynəlxalq ictimaiyyəti humanitar fəlakətin qarşısını almaq və Latın Amerikası ilə Karib hövzəsini “sülh zonası” kimi qorumaq üçün təcili addımlar atmağa çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuba   ABŞ  


Bizi "telegram"da izləyin