Çin rabitə texnologiyalarını sınaqdan keçirmək üçün "TJSW-24" peykini orbitə buraxıb

2025/12/1766245508.jpg
Oxunub: 327     05:18     27 May 2026    
Çin rabitə texnologiyalarının sınağı üçün nəzərdə tutulan TJSW-24 peykini uğurla orbitə çıxarıb.

Ordu.az-ın məlumatına görə, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) xəbər verib.

Qurumun "WeChat" sosial şəbəkəsindəki səhifəsində bildirilib ki, kosmik aparat orbitə CZ-7A (“Çançjen-7A”) modifikasiyalı daşıyıcı raketi vasitəsilə çatdırılıb.

Buraxılış çərşənbə günü Pekin vaxtı ilə saat 00:16-da Vençan kosmodromundan (cənubdakı Haynan vilayəti) həyata keçirilib.

“Çançjen” seriyalı raketlər üçün bu, 645-ci missiya olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Peyk  


Bizi "telegram"da izləyin