İsrail HƏMAS-ın hərbi qanadının yeni liderinə zərbə endirib

2024/09/1726808496.jpg
Oxunub: 335     04:20     27 May 2026    
İsrail Müdafiə Qüvvələrinin (İMQ) Qəzza zolağına endirdiyi zərbənin hədəfi "HƏMAS"ın hərbi qanadının yeni lideri Məhəmməd Odə olub.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrail baş naziri Benyamin Netanyahu "X" sosial şəbəkəsində yazıb.

"Biz indi "HƏMAS"ın hərbi qanadının lideri Məhəmməd Odəyə hücum etmişik", - deyə o bildirib.

B. Netanyahunun sözlərinə görə, hərbi qanadın rəhbəri 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumunun təşkilində iştirak edib.

İsrailin hücumunun nəticələri barədə heç bir məlumat verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   HƏMAS  


Bizi "telegram"da izləyin