Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ararat Mirzoyan və Marko Rubio ikitərəfli tərəfdaşlığın yeni, hərtərəfli əməkdaşlıq səviyyəsinə yüksəldilməsindən məmnunluq ifadə ediblər.
“Görüş zamanı regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Ermənistan ilə Azərbaycan arasında formalaşmış sülhün möhkəmləndirilməsi istiqamətində görülən işlərə və regionda qarşılıqlı bağlantının təşviqinə yönəlmiş layihələrə toxunulub.
Ararat Mirzoyan və Marko Rubio “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” layihəsinin (TRIPP) (Zəngəzur dəhlizi-red.) həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıblar. Bu maraq, həmçinin TRIPP layihəsi ilə bağlı dövlətlərarası sazişin qısa müddətdə razılaşdırılması və həmin səfər çərçivəsində ilkin imzalanması ilə də əks olunub”, - deyə məlumatda qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az