Ordu.az xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı məlumat yayıb.
Bildirilib ki, kənd təsərrüfatına təsirlərin tam nəticələri yalnız bir neçə ay sonra, məhsul yığımına başlanarkən özünü göstərə bilər.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Syu Dunyuy Romada keçirilən tədbirdə çıxışı zamanı xəbərdarlıq edib ki, hazırda qəbul edilən qərarlar vəziyyətin idarəolunan şok olaraq qalacağını, yoxsa 2026-cı və 2027-ci illərdə daha dərin qlobal ərzaq təhlükəsizliyi böhranına çevriləcəyini müəyyən edəcək.
O bildirib ki, hazırda müşahidə olunan hadisələr sadəcə geosiyasi böhran deyil, bütün qlobal kənd təsərrüfatı və ərzaq sistemi üçün sistemli sarsıntıdır.
Sevinc Əliyeva
Ordu.az