Ordu.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Qarqaş qeyd edib ki, dövlətin gücü müdrik rəhbərlik, güclü institutlar, rəqabətqabiliyyətli və qabaqcıl iqtisadiyyat, həmçinin həmrəylik, tolerantlıq və ədalət prinsiplərinə əsaslanan dəyərlər üzərində qurulub.
O əlavə edib ki, BƏƏ-nin uğuru təsadüf deyil, uzun illər ərzində formalaşmış baxış və davamlı əməyin nəticəsidir.
Qarqaş ölkənin istənilən çağırışı sabitliyi qoruyaraq və gələcəyə inamla qarşılayaraq dəf edə biləcəyinə əmin olduğunu vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az