Ordu.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.
Məlumata görə, qanunvericilər üçün əsas mövzu İran ətrafında davam edən qarşıdurma olaraq qalır.
Dinləmələrin rəsmi mövzusu Dövlət Departamentinin büdcəsinin müzakirəsi olsa da, konqresmenlərin Rubioya hərbi əməliyyatlarla bağlı geniş spektrdə sərt suallar ünvanlamağa hazırlaşdığı bildirilir.
Ötən həftəsonu münaqişənin dayandırılması üçün mümkün razılaşma ilə bağlı yayılan məlumatlar Konqresdəki respublikaçılar arasında birmənalı qarşılanmayıb.
Bir sıra qanunvericilər, o cümlədən Texas ştatından senator Ted Kruz Trampı Tehrana qarşı təzyiqləri zəiflətməməyə çağırıblar.
Kruz Senatın Xarici Əlaqələr Komitəsinin üzvüdür və Rubio da məhz həmin komitə qarşısında çıxış etməlidir.
Rubio jurnalistlərə açıqlamasında bildirib ki, atəşkəs rejiminin uzadılması və Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı danışıqlar daha bir neçə gün davam edə bilər.
Sevinc Əliyeva
Ordu.az