Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Moskva bundan əvvəl Kiyevdə Ukraynanın hərbi obyektlərinə və qərar qəbuletmə mərkəzlərinə zərbə endirmək niyyətində olduğunu açıqlamışdı.
Avropa Xarici Fəaliyyət Xidməti Rusiyanın müvəqqəti işlər vəkilini çağırdığını bildirib.
Aİ-nin xarici siyasət qurumunun sözçüsü Anita Hiper “X” sosial şəbəkəsində yazıb ki, Rusiyanın xarici vətəndaşlara və diplomatlara Kiyevi tərk etmələri ilə bağlı təhdidləri qəbuledilməz eskalasiyadır.
O, Moskvanı mülki əhaliyə qarşı hücumları dayandırmağa çağırıb. Hiper əlavə edib ki, Aİ nümayəndəliyi Kiyevdə fəaliyyətini davam etdirir.
Norveçin xarici işlər naziri Espen Bart Eyde Rusiyanın səfiri Nikolay Korçunovu Ukraynadakı xarici heyətə yönəlmiş birbaşa təhdidlərlə bağlı çağırdığını açıqlayıb.
İsveç də Rusiyanın səfirini hava məkanının pozulması ilə bağlı yalan bəyanatları və Latviya ilə digər regional ölkələrə qarşı səsləndirilən təhdidlərə görə çağırıb.
Sevinc Əliyeva
Ordu.az