Moldova MDB-ni tərk edir

2024/02/186a5-1708780179.jpg
Oxunub: 412     21:02     26 May 2026    
MDB-nin Baş katibi Sergey Lebedev Moldovanın təşkilata üzvlükdən çıxması prosedurunun başladıldığını bəyan edib.

Ordu.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, “Müstəqil Dövlətlər Birliyinin 35 ili: nəticələr, vəzifələr, perspektivlər” mövzusunda keçirilən dəyirmi masada çıxış edən Lebedev bildirib ki, Moldova artıq bununla bağlı rəsmi bildiriş təqdim edib.

“Bu proses bir il davam edəcək. Bununla yanaşı, Kişinyovdan MDB çərçivəsində iqtisadi əməkdaşlıqda qalmaq istədikləri barədə də müraciət daxil olub”, - deyə Lebedev bildirib.

Xatırladaq ki, aprelin 2-də Moldova parlamentinin deputatları son oxunuşda Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında baza sazişinin ləğv edilməsinə səs veriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova   MDB  


Bizi "telegram"da izləyin