Ordu.az xəbər verir ki, o, bunu ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfərindən sonra keçirilən mətbuat konfransında deyib.
Mirzoyan qeyd edib ki, Ermənistan nə ikitərəfli, nə də çoxtərəfli formatda Rusiya ilə münasibətlərdə gərginlik yaratmaq istəmir.
“İrəvan ortaya çıxan bütün problemləri sağlam və konstruktiv atmosferdə həll etməyə çalışır”, - deyə o bildirib.
Erməni nazir Rusiyanın bəzi Ermənistan məhsullarının idxalına qadağa qoymasını Ermənistanın Avropayönlü siyasəti və ya seçkilərlə əlaqələndirən iddiaları qəti şəkildə rədd edib.
Mirzoyan bildirib ki, belə qadağalar 5, 10, 15 və hətta 25 il əvvəl də tətbiq olunub.
“Deyirlər ki, alkoqola qadağa qoyulub. Amma qadağa bütün şərab məhsullarına deyil, yalnız bir şirkətin məhsullarının bir hissəsinə tətbiq olunub. Niyə problemlərin obyektiv ola biləcəyini istisna edirsiniz?”, - deyə Mirzoyan vurğulayıb.
O əlavə edib ki, bəzən istehsalçının özü də vicdansız davrana bilər.
Erməni nazir həm tədarük mənbələrinin, həm də satış bazarlarının diversifikasiyasının vacibliyini qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az