Ordu.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Martın 2-də hərbi eskalasiya başlayandan bəri həlak olan vətəndaşların ümumi sayı 3 213-ə, yaralıların sayı isə 9 737-yə çatıb", - nazirlikdən bildirilib.
Qeyd olunur ki, günün ikinci yarısında Nəbatiyyə vilayəti və Bekaa vadisindəki yaşayış məntəqələri intensiv bombardmanlara məruz qalıb. "Xilasedici qruplar bir sıra yerlərdə dağıntıların təmizlənməsini davam etdirir, qurbanların və zərərçəkənlərin sayı arta bilər", - məlumatda vurğulanıb.
Ordu.az