Ordu.az xəbər verir ki, bunu Tehran Universitetinin analitiki Məhəmməd Eslami deyib.
Ekspert bildirib ki, hazırda iki münaqişə paralel şəkildə inkişaf edir.
Onun sözlərinə görə, bunlardan biri Hörmüz boğazında, digəri isə Livanda baş verir.
Eslami qeyd edib ki, Netanyahu iranlılar və amerikalılar hər hansı razılığa gəlməzdən əvvəl Livanı bu prosesdən çıxarmağa çalışır.
“Al Jazeera” telekanalının ABŞ-nin İran ərazisinə gecə endirdiyi zərbələrin gələcək hadisələrin başlanğıcı olub-olmaması ilə bağlı sualına cavab verən analitik bildirib ki, Donald Tramp Körfəz bölgəsində müəyyən hərbi eskalasiya variantını nəzərdən keçirir.
Onun sözlərinə görə, məqsəd Tehrana təzyiq göstərməkdir.
Eslami əlavə edib ki, İran tərəfi əvvəlcə ABŞ-nin blokadasına qarşı mübarizəyə fokuslanacaq, daha sonra isə Vaşinqtona təzyiq göstərməyə çalışacaq.
Analitik vurğulayıb ki, İsrail Livana hücum mövqeyində israr edərsə, İran üçün BƏƏ Livanın müəyyən ekvivalenti rolunu oynayacaq.
O qeyd edib ki, Livana zərbələr davam edərsə, İranın BƏƏ-yə hücum etməsi tamamilə real ssenaridir.
Sevinc Əliyeva
Ordu.az