İsrailin Livanın şərqində yerləşən kəndə zərbəsi nəticəsində 12 nəfər ölüb

2026/05/1779810658.jpg
Oxunub: 354     19:36     26 May 2026    
İsrailin Livanın şərq hissəsində yerləşən kəndlərdən birinə endirdiyi aviazərbə nəticəsində 12 nəfərin öldüyü bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə Livanın dövlət NNA agentliyi məlumat yayıb.

Məlumata görə, Bəkaa vadisinə edilən hücum İsrailin Baş naziri Benyamin Netanyahunun “Hizbullah” obyektlərinə Livanın bütün ərazisində daha intensiv zərbələr endirilməsi barədə göstəriş verməsindən sonra baş verib.

Xilasedicilər dağıntılar altından 12 nəfərin meyitinin çıxarıldığını bildiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin