Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubionun İrəvana qısamüddətli səfərindən sonra keçirilən mətbuat konfransında bildirib.
Mirzoyan Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun “Ermənistan rəhbərliyi müdafiəni birbaşa təhdid mənbəyinin yanında axtarır” bəyanatını şərh edərkən bildirib ki, bu fikrin nə demək olduğunu bilmir və jurnalistlərə bununla bağlı rəsmi sorğu göndərməyi tövsiyə edib.
Nazir qeyd edib ki, İrəvan Moskva ilə bütün məsələlər üzrə konstruktiv və sağlam müzakirələrdə maraqlıdır.
“Heç bir ölkə ilə əməkdaşlığımız üçüncü dövlətə qarşı yönəlməyib. Ermənistanın ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığı Rusiyaya qarşı deyil. Rusiya ilə əməkdaşlıq da ABŞ, Çin və ya İrana qarşı yönəlməyib”, - deyə Mirzoyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az