Uşakov: “Astana görüşündə Ermənistanın Avropa İttifaqına üzvlük planı müzakirə olunacaq”

2025/11/1763996822.jpg
Oxunub: 380     19:29     26 May 2026    
“Avrasiya İqtisadi İttifaqı liderləri Ermənistanın Avropa İttifaqına qoşulmaq planını və bunun yaratdığı riskləri qiymətləndirəcəklər”.

Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Astana şəhərində keçiriləcək Avrasiya İqtisadi İttifaqı liderlərinin qapalı iclasında gündəlikdənkənar məsələ kimi Ermənistanın Avropa İttifaqına üzvlük planı müzakirə olunacaq.

“Əlbəttə, bu məsələ ilə əlaqədar Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin iqtisadi təhlükəsizliyi üçün yaranan risklərə qiymət veriləcək”, - deyə Uşakov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uşakov   Ermənistan    


Bizi "telegram"da izləyin