Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığın əsas prinsiplərinə əsasən, hər hansı ölkənin ittifaqdan birtərəfli qaydada çıxarılması mümkün deyil.
“Yalnız o variant mümkündür ki, ölkə özü bu və ya digər səbəbdən əməkdaşlığı dayandırdığını bəyan etsin”, - deyə Uşakov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, belə bir addımın mümkün nəticələri müzakirə edilməlidir və bu məsələ Avrasiya İqtisadi Birlyiinə üzv ölkələrin liderlərinin qapalı iclasında nəzərdən keçiriləcək.
Uşakov vurğulayıb ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə inteqrasiyası ölkəyə ciddi üstünlüklər qazandırıb.
“2014-cü ildə Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olmayanda ölkənin ÜDM-i 11,6 milyard dollar idi. 2014-cü ildən bəri isə bu göstərici demək olar ki, iki dəfə artaraq 20,2 milyard dollara çatıb”, - deyə o bildirib.
Rusiyalı rəsmi əlavə edib ki, Ermənistanda real əməkhaqları 50 faiz artıb, ölkənin Avrasiya İqtisadi Birliyi ölkələrinə ixracı 10 dəfə, ittifaq ölkələrindən idxalı isə 4,5 dəfə yüksəlib.
“Ötən ilin nəticələrinə əsasən, Ermənistanın ümumi ixracının 38,5 faizi və ümumi xarici ticarət dövriyyəsinin 37,5 faizi ittifaq ölkələrinin, ilk növbədə isə Rusiyanın payına düşüb”, - deyə Uşakov bildirib.
O həmçinin Rusiya prezidenti Vladimir Putinin daha əvvəl dəfələrlə Ermənistanın planları ilə bağlı mövqeyini açıq şəkildə ifadə etdiyini xatırladıb.
“Putin vurğulayıb ki, eyni vaxtda iki ittifaqa üzv olmaq sadəcə mümkün deyil”, - deyə Uşakov qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az