Ordu.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin birinci müavini, LDPR fraksiyası rəhbərinin müavini Andrey Luqovoy bildirib.
“Ermənistan Rusiyasız və Rusiya Ermənistansız: səbəblər, nəticələr və fəsadlar” adlı dəyirmi masa çərçivəsində çıxış edən Luqovoy qeyd edib ki, Ermənistan istiqaməti ilə bağlı anti-Rusiya qərarları, fəaliyyətləri və layihələrinin rəsmi reyestrini yaratmaq lazımdır.
“İstər səsvermə, istər xarici hərbi strukturlarla razılaşma, istər Rusiya KİV-lərinə qarşı ayrı-seçkilik, rus dilinin sıxışdırılması, müttəfiqlik öhdəliklərindən imtina, yaxud sanksiya təşəbbüslərinə dəstək olsun, istənilən qərarın öz qiyməti və nəticələri olmalıdır”, - deyə Luqovoy bildirib.
O vurğulayıb ki, belə bir reyestrin yaradılması emosional reaksiyalardan “proqnozlaşdırılan siyasət”ə keçməyə imkan verəcək.
“Konkret addımlara konkret cavab verilməlidir”, - deyə rusiyalı deputat qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az