“Tramp marşrutu” ilə bağlı paraflanmış sənəd bir neçə həftə ərzində imzalanacaq” - Mirzoyan

2026/05/1779187951.jpg
Oxunub: 521     18:44     26 May 2026    
“Tramp marşrutu” (Zəngəzur dəhlizi-red.) ilə bağlı bu gün paraflanmış sənəd yaxın bir neçə həftə ərzində imzalanacaq”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibi Marko Rubionun İrəvana səfərindən sonra keçirilən mətbuat konfransında deyib.

Erməni nazirin sözlərinə görə, mətn tam şəkildə razılaşdırılıb, lakin bəzi texniki prosedurlar qalır.

O bildirib ki, daha sonra şirkətin nizamnaməsi kimi digər sənədlər də razılaşdırılıb imzalanacaq və bundan sonra ərazidə praktiki işlərə başlanılması gözlənilir.

Mirzoyan qeyd edib ki, layihəyə maraq göstərən ölkələr və şirkətlər var.

Onun sözlərinə görə, söhbət yalnız dəmir yolundan deyil, həmçinin elektrik ötürücü xətlər, boru kəmərləri, tikinti işləri, məhsul, rels və proqram təminatı tədarükündən gedir.

Erməni nazir hələlik konkret şirkət və ya ölkələrin adlarını açıqlamayıb.

Mirzoyan keçid məntəqələrinin idarə edilməsi ilə bağlı “front-office” və “back-office” sistemi üzrə hər hansı razılaşmanın olmadığını bildirib.

İran və Rusiyanın mövqeyindən danışan Ermənistan XİN rəhbəri qeyd edib ki, Tehran layihəyə rəsmi maraq göstərir, halbuki bəzi ekspertlər təhlükəsizlik məsələləri ilə bağlı narahatlıq ifadə edirlər.

Onun sözlərinə görə, İran tərəfi bütün infrastrukturun Ermənistanın suveren nəzarəti altında olacağına və üçüncü tərəfin nəzarətinin istisna ediləcəyinə əmin olub.

“Əksinə, İran Qara dənizə çıxış əldə edə biləcək. Baş verənlər böyük geosiyasəti dəyişəcək”, - deyə Mirzoyan bildirib.

Erməni nazir qeyd edib ki, Rusiya ilə bağlı da eyni vəziyyət müşahidə olunur.

O əlavə edib ki, Moskva layihədə yeni imkanlar görür və iştirak etməkdə maraqlıdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   TRIPP  


Bizi "telegram"da izləyin