ABŞ Prezidenti: "Azərbaycanla əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik"

2026/01/1769008045.jpg
Oxunub: 261     18:11     26 May 2026    
ABŞ Prezidenti Donald Tramp Azərbaycanla əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bəyan edib.

Ordu.az-ın məlumatına görə, ABŞ Prezidenti Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib ki, 2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş tarixi sülh sammitindən bəri münasibətləri yenidən canlandırmaq üçün birlikdə səylər göstərilib, iş aparılıb və bunun nəticəsi olaraq Vitse-prezident Vens 2026-cı il fevralın 10-da Bakıda Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıb:

"Biz regional əlaqələr, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə tərəfdaşlığımızı daha da dərinləşdiririk və bu istiqamətlərdə, həmçinin digər sahələrdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Azərbaycan  


Bizi "telegram"da izləyin