“Ermənistanda inflyasiya olacaq” - Paşinyan

2026/05/1779804536.jpg
Oxunub: 344     18:06     26 May 2026    
“Pensiyaların artırılması büdcəyə on milyardlarla dram əlavə xərc yaradır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatlığa namizədləri siyahısına rəhbərlik edən Nikol Paşinyan Kotayk vilayətinin Nor Hatsn şəhərində seçkiqabağı kampaniya zamanı deyib.

Paşinyan bildirib ki, inflyasiya olacaq və bu proses iqtisadi inkişafı daim müşayiət edən hadisədir.

“Amma biz bu gün orta göstəricini indeksləşdirməyi öhdəmizə götürürük ki, o, minimum istehlak səbətinin səviyyəsinə uyğun olsun. Əminik ki, bunu bacaracağıq”, - deyə Ermənistan baş naziri bildirib.

O vurğulayıb ki, pensiyaların artırılması məsələsi Ermənistan üçün olduqca çətin məsələdir.

“Ermənistanda 600 mindən çox pensiyaçı yaşayır və pensiyanın hətta 1000 dram artırılması belə büdcə xərclərinin on milyardlarla dram artması deməkdir”, - deyə Paşinyan qeyd edib.

Bu kontekstdə o əlavə edib ki, Ermənistan TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi çərçivəsində həyata keçiriləcək tranzitdən böyük gəlirlər əldə edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin